29 İyun 2015 13:59
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Şimali Reyn-Vestfalya əyalətinin rəhbərliyi məktəblərdə qadın müəllimlərə hicab qadağası ilə bağlı qərarı ləğv edib.

Teleqraf.com xəbər verir ki, əyalət məclisində keçirilən səsvermədə Sosial Demokratlar Partiyası, Yaşıllar və Xristian Demokratlar Birliyi qərarın lehinə, Liberal Azad Demokratlar Partiyası isə əleyhinə səs verib.

Bununla da Almaniyanın ən böyük əyalətində məktəblərdə müsəlman qadın müəllimlər hicablı olaraq da peşələrini icra edə biləcəklər.

Qeyd edək ki, Federal Konstitusiya Məhkəməsinin mart ayında məktəblərdə hicab qadağasının Konstitusiyaya zidd olduğuna dair verdiyi qərarından sonra əyalətlər hicab qadağasını aradan qaldırmaq üçün hərəkətə keçiblər.

Samir


Müəllif:

Oxşar xəbərlər