“ABŞ terrorçulara təlim keçmək üçün milyardlarla dollar xərcləyir”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Suriya xarici işlər naziri Vəlid Muallim deyib. Onun sözlərinə görə, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatını da ABŞ maliyyələşdirir.
Rusiyalı həmkarı Sergey Lavrovla Moskvada bir araya gələn Muallim ABŞ-ın Suriya böhranının siyasi yollarla həll edilməsini istədiyini, eyni zamanda terrorçulara milyarlarla dollar ayırdığını deyib.
Lavrov Yaxın Şərqdə yayılan terror təhdidinin aradan qaldırılması üçün Suriyada dialoqun başlamasının vacibliyini bildirib. O qeyd edib ki, Rusiya Suriya xalqının terrorla mübarizəsini dəstəkləyir.
Samir