29 İyun 2015 17:15
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizəni müzakirə etmək üçün ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib. Bildirilir ki, tərəflər həmçinin Rusiya və ABŞ liderlərinin görüşünü də müzakirə edəcəklər.

Qeyd edək ki, ötən həftə Putin və Obama İŞİD ilə mübarizə və Ukrayna böhranı ilə əlaqədar telefon danışıqları aparıb.

Samir


Müəllif:

Oxşar xəbərlər