29 İyun 2015 17:30
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədin siyasətini dəstəklədiyini bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin bu barədə Suriya xarici işlər naziri Valid Muallim ilə görüşündə bildirib. Onun sözlərinə görə, terror hücumlarına qarşı mübarizədə bəzi uğursuzluqlara baxmayaraq, Rusiya Suriya xalqının qələbəsinə inanır.

Putin Rusiyanın Bəşər Əsədə qarşı siyasətində heç bir dəyişikliyin olmadığını və terrorçuluğa qarşı mübarizədə hər zaman Suriyaya yardım edəcəyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər