29 İyun 2015 21:22
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva-Mahaçqala reysi ilə hərəkət edən avtobusun aşması nəticəsində 18 nəfər yaralanıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə Volqoqrad vilayətində baş verib.

Qəza baş verən an avtobusda 27 sərnişin olub.

İlkin məlumatlara görə, hadisəyə səbəb "Neoplan" markalı avtobusun sürücüsünün idarəetməni itirməsi olub.


Müəllif: