İsrail Nazirlər Kabineti İordaniya ilə sərhəd boyunca səddin tikilməsini təqdir edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Məlumata əsasən, səddin 30 km-lik ilk hissəsi Eylat şəhəri və Timna dərəsi arasında yerləşəcək. Səddin tikintisinin dəyəri 525 min dollardan çox qiymətləndirilir.
Yeni sədd İsrailin Misir və Suriya ilə sərhədində artıq tikilmiş sədlərin eynisi olacaq. Ölkənin güc strukturları bu layihəni mövcud regionda təhlükəsizliyin artırılması zərurəti ilə izah edirlər.