Misirin baş prokuroru Hişam Bərəkətin qətli ilə əlaqədar ölkədə matəm elan olunub.
Yerli mətbuatın verdiyi xəbərə görə, Misir prezidentinin dəftərxanası əvvəlcədən planlaşdırılan "30 iyun inqilabının" ikinci ildönümü ilə əlaqədar iyunun 30-da nəzərdə tutulan bütün şənliklərin ləgvi barədə xəbər yayıb. "30 iyun inqilabı" zamanı Misirdə qadağan olunan "Müsəlman qardaşları"qruplaşması hakimiyyətdən kənarlaşdırılıb.
Qeyd olunur ki, ölkənin daxili işlər nazirliyi fövqəladə vəziyyət rejimində işləyir, polis qüvvələri tam döyüş hazırlığı vəziyyətinə qətirilib. "Müsəlman qardaşları" dəstə üzvlərinə hökm çıxarmış hakimlərin evləri xüsusi nəzarətə götürülüb.
Həmçinin ali məhkəmənin binasının ərazisi xüsusi nəzarətdə saxlanılır, təhlükəsizlik tədbirləri gücləndirilib, minaaxtaranlar və kinoloqlar itlərlə keşik çəkirlər.
Xəbər verildiyi kimi, Misirin baş prokuroru Hişam Bərəkət avtomobilin partlaması nəticəsində həlak olub.
Nihad