ABŞ 4 il əvvəl “Ərəb Baharı” dövründə Bəhreynə tətbiq etdiyi hərbi yardım qadağasını aradan qaldırmağa hazırlaşır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət departamentinin mətbuat katibi Con Kibri bildirib. Onun sözlərinə görə, ABŞ hökuməti Bəhreyndə insan haqları ilə bağlı vəziyyətin əvvəlki kimi pis olduğunu hesab edir: “Ancaq etiraf edirik ki, son vaxtlar Manama bu sahədə bəzi uğurlar əldə edib”.
Qeyd edək ki, 2011-ci ildən Bəhreynin sünni hökumətinə qarşı təşkil edilən kütləvi etirazlar zamanı onlarla insan həlak olub.
Samir