30 İyun 2015 10:12
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvanda keçirilən aksiyalar yeni müstəviyə keçir”.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu “Talana yox” nümayişlərinin fəallarından olan Vaqinak Şuşanyan bildirib. Onun sözlərinə görə, nümayişçilər fəallar, hüquqşünaslar, iqtisadçılardan ibarət ekspertlər qrupunu yaradaraq, konkret təkliflərlə çıxış etmək niyyətindədir.

Hərəkatın digər fəalı Maksim Sarkisyan isə İrəvanın Azadlıq meydanında oturaq aksiyanın sona çatdığını deyib. O bildirib ki, bu gün keçiriləcək mətbuat konfransında etirazçılar növbəti fəaliyyəti ilə bağlı məlumat verəcəklər.

Qeyd edək ki, Ermənistan əhalisi enerji tariflərinin bahalaşdırılmasına etiraz əlavəti olaraq iyunun 19-dan ölkənin müxtəlif yerlərində aksiyalar keçirirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər