Wikileaks saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) Fransa hökümətini dinləməsi barədə yeni sənədlər üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfə söhbət Fransa Maliyyə Nazirliyinin dinlənilməsindən gedir.
Məlumata görə, MTA Fransanın idxal və ixrac əməliyyatları ilə bağlı məlumatlar toplayıb və Nazirlər Kabinetində büdcə debatları barədə casusluq edib.
Qeyd edək ki, ötən həftə saytda dərc edilən məlumata görə, ABŞ və Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandı 2006-2012-ci illərdə izləyib. Məsələ ölkələr arasında narazılığa səbəb olub.
Olland bildirib ki, belə hərəkətlər tolerantlıqdan uzaqdır. ABŞ isə öz növbəsində bu iddiaları rədd edib.
Samir