Bu gün Vyanada Altılıq ölkələri ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi keçiriləcək.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, görüşdə iştirak etmək üçün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avstriyanın paytaxtı Vyanaya yola düşüb. Onun nüvə müzakirələrindən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirəcəyi gözlənilir.
Qeyd edək ki, əldə olunmuş razılığa əsasən tərəflər arasında yekun sazişin sənədləri iyunun 30-dək hazır olmalı idi. Lakin ekspertlər danışıqların müddətinin üzanacağını istisna etmirlər.
Samir