Ebola virusu 6 həftəlik fasilədən sonra Liberiyaya geri qayıdıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Liberiyanın Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilir ki, virus dünən vəfat etmiş 17 yaşlı yeniyetmədə aşkalanıb.
Malumata görə, həkimlər libheriyalıları ehtiyyatlı olmağa çağırırlar.
İki qonşu ölkə Qvineya və Sierra-Leonedə ebola virusuna yoluxanların sayı artıb. Artım qərbi Afrikada yağış mövsümünün başlamasına təsadüf edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tarixdə ən təhlükəli viruslardan olan Ebolanın qurbanlarının sayı 11 mindən çoxdur.
Samir