Braziliya şəhərində "FGMF Arquitectos" memarlıq şirkətinin mütəxəssisləri tərəfindən böyük miqyaslı çoxfunksiyalı kompleksin layihəsi hazırlanıb.
Memarlar bununla layihənin uğurlu alınacağına və kompleksin şəhər əhalisi arasında populyar olacağına ümid bəsləyirlər.
Layihəyə əsasən kompleks 4 hissədən - mərkəzi və onu perimetr boyu əhatə edən 3 korpusdan ibarətdir.
Kompleks 32 min kvadratmetr sahədə yerləşəcək. Onun birinci mərtəbəsində ticarət obyektləri, kafe və restoranlar olacaq. Yuxarı mərtəbələr isə istirahət yerləri və mədəniyyət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulub. Burada həmçinin idman zalı, dil kursları və musiqi məktəbi, leksiya və iclasların keçirilməsi məqsədi ilə auditoriyalar da yaradılacaq.
Memarlar kompleksin tikintisində texnoloji yeniliklərə və yaşıllaşdırma işlərinə də xüsusi diqqət ayırıblar.