Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan kredit bocunu ödəməyəcək.
Bunu iyunun 30-da, son müddətə bir neçə saat qalmış ölkənin maliyyə naziri Yanis Varoufakis bəyan edib.
1,8 milyard dollarlıq borc Avropa vaxtı ilə saat 18:00-dək ödənilməli idi. Borc ödənilməyəcəyi halda həmin gündən Yunanıstana beynəlxalq maliyyə yardımı proqramı dayandırılır.
Ölkənin baş naziri Alexis Tsipras ölkə vətəndaşlarını iyulun 5-də keçiriləcək referendumda beynəlxalq kreditorların təkliflərinə yox deməyə çağırıb.
Baş nazir bildirib ki, əks halda o vəzifəsindən gedəcək. Avropa ölkələrinin liderləri isə xəbərdarlıq edib ki, təkliflər rədd edilsə, bu Yunanıstanın avrozonadan çıxmasi ilə nəticələnəcək.
Əgər Afina ilə beynəlxalq kreditorlar razılığa gələ bilməsə, Yunanıstanı defolt gözləyir. Dünən Afinanın mərkəzinə hökumətə dəstək nümayiş etdirmək üçün 10 minlərlə adam yığışıb.
İyunun 30-da isə əlehdarların nümayişi gözlənilir.