1 İyul 2015 08:33
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının paytaxtı Pekində birinci dünya kredit reytinqi forumu keçirilib.

“Universal Credit Rating Group” (UCRG) şirkəti və Sinxua xəbər agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş forumun məqsədi dünya iqtisadiyyatının inkişafında kredit reytinqinin vacib roluna bir daha nəzər salmaq, reytinq verilməsində yeniliklərin tətbiqi imkanlarını müzakirə etmək olub.

Forumda tanınmış siyasi xadimlər, o cümlədən Fransanın, Pakistanın və Avstraliyanın keçmiş baş nazirləri Dominin de Vilpen, Şövkət Əziz, Kevin Radd, Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov, iqtisadçılar, sahə mütəxəssisləri, elm adamları, jurnalistlər iştirak ediblər.

İki gün davam etmiş forum çərçivəsində dünya iqtisadiyyatının inkişafı fonunda kredit mənbələri və kredit reytinqi arasında əlaqələr, beynəlxalq kredit reytinqi üçün model seçimi, reytinq tənzimləmə vasitələri və digər mövzularda bölmə iclasları təşkil edilib.


Müəllif:

Oxşar xəbərlər