BMT-nın Cənubi Sudan Missiyası (UNMISS) Cənubi Sudan Ordusu (SPLA) və ona sadiq silahlı qrupların ölkədə törətdikləri zorakılıq aktlarını təsdiqləyib.
Teleqraf.com-un xarici mətbuta istinadən məlumatına görə, UNMISS-hesabatında ordu və ona bağlı qrupların vətəndaşları öldürdükləri, evləri və iş yerlərini taladıqları, kəndləri viran etdikləri, 100 mindən çox insanı köçə məcbur etdiklərini bildirib.
Uniti əyalətinin Rubkona, Guit, Koç, Leer və Mayom bölgələrində törədilənlərə dair hesabatda şahid ifadələrinə geniş yer verilib.
"SPLA qrupları çoxlu sayda qadın və qızı qaçıraraq təcavüz edib, bəzilərini isə evlərində diri-diri yandırıb" .
Dünyanın ən gənc ölkəsi Cənubi Sudanda 2013-cü ilin sonunda başlayan münaqişələr nəticəsində 1,95 milyon nəfər evlərindən məcburi şəkildə köçüb. 293 min nəfər isə qonşu ölkələrə sığınıb.
Hazırda 120 min nəfər BMT-nin sığınacaqlarında yerləşdirilib.
Rüstəm