1 İyul 2015 15:53
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Taiz şəhərində Husi Ensarullah Hərəkatı döyüşçüləri ilə prezident Abdurabbu Mansur Hadi tərəfdarları arasında toqquşmalar baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüşlərdə 31 nəfər həyatını itirib, 81-i isə yaralanıb. Ölənlərdən 23-ü Husi döyüşçüləri olub. Amma buna baxmayaraq, Husilər şəhərdəki bəzi strateji mövqeləri ələ keçirə biliblər.

Digər tərəfdən Husilərin Er-Ravda və Usayfira mahallarına etdiyi hücum nəticəsində 2 nəfər öldürülüb, 15-i isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər