26 May 2014 14:45
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qədər öncə dünya mediasına peykdən çəkilən görüntülər təqdim olunub. Görüntülərə əsasən, ABŞ hərbi bazasından üzərində gizli peyk olan Atlas 5 raketi fəzaya buraxılıb.

Mətbuata sızan məlumatlara görə, gizli peyk ABŞ hərbi maraqlarına xidmət edəcək, eyni zamanda lazımı məlumatların toplanması üçün istifadə olunacaq.

Buraxılışı həyata keçirən United Launch Alliance-dan verilən məlumata görə, prosedur lazımi qaydada keçib.

Analitiklər hesab edir ki, yeni peyk məlumatların retranslyasiyası üçün istifadə olunaraq, yer kürəsi üzərində gedən ünlü problemlərin fiksasiyasında yardımçı olacaq.

Rusiya tərəfi isə bəyan edir ki, bu məlumatlar təsdiqini taparsa, raket mühərriklərinin Amerikaya eksportunu dayandıracaq.

Ülviyyə Axundova


Müəllif: