1 İyul 2015 23:36
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin altı ayı ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 137 min mühacir və qaçqın gəlib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 83 faiz çoxdur. O zaman bu göstərici 75 min nəfər təşkil etmişdi.

Bu məlumatlar BMT Ali komissarının qaçqınların işi üzrə idarəsinin iyulun 1-də dərc olunmuş məruzəsində yer alır. Məruzənin müəllifləri ilin ikinci yarısında, əsasən də yay aylarında mühacir və qaçqın axınının daha da artacağını ehtimal edirlər.

Dəniz vasitəsilə Yunanıstan və İtaliyaya axın edən qaçqınların üçdə bir hissəsi suriyalılardan ibarətdir. Onların arasında, həmçinin Əfqanıstan və Eritreya vətəndaşları da az deyil. Avropaya çata bilən qaçqınların demək olar ki, hamısı burada qaçqın statusu və ya digər qoruma vasitəsi ala bilir.

Məruzədə o da qeyd olunur ki, Aralıq dənizində gəmi qəzaları nəticəsində həyatını itirən və itkin düşən mühacir və qaçqınların sayı aprel ayında pik həddə - 1308 nəfərə çatıb. May ayında 68, iyunda isə 12 belə fakt qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər