İsrail əsgərləri Qərbi Şəriyənin Nablus şəhərində 40 fələstinlini həbs edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Nəzarətə alınan fələstinlilərin HƏMAS üzvü olduğu iddia edilir.
Qeyd edək ki, İsrail qüvvələri Qərbi Şəriyə ilə Şərqi Qüdsdə tez-tez basqınlar təşkil edərək müxtəlif iddialarla fələstinliləri həbs edir.
Fələstin Əsirlər Nazirliyinin məlumatına görə, İsrail həbsxanalarında 6500-dən çox fələstinli məhbus var.