İrəvanın mərkəzində aclıq aksiyası keçirənlərin vəziyyəti pisləşir.
Aclıq elan etmiş fəallardan biri yenidən özünü pis hiss edib.
Ötən gün aclıq aksiyası keçirənlərin müayinə edilməsi üçün təcili yardım çağırılsa da, onlar xəstəxanaya getməkdən imtina etmişdilər.
Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.