Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə mitinq təşkilatçılarından biri məlumat verib. Bildirilir ki, gecə saatlarında İrəvanın mərkəzində Avropa İttifaqının bayrağı fitə basılıb və yandırılıb. Hazırda isə etirazın təşkil edildiyi yerlərdə sakitlikdir.
Bu arada Baqramyan prospektinin sakinləri narahatlıqlarını ifadə ediblər. Onlar 11 gündür gecələri çox narahat keçirdiklərini bildiriblər. Yerli sakinlər hökuməti bu məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırıblar.
Samir