Türkiyənin İzmir vilayətində bir sıra strateji obyektlərə hücum planı hazırlayan 7 nəfər saxlanılıb. Trend bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Saxlanılanlar Türkiyə vətəndaşlarıdır. Onlar Suriyada quldur dəstələrinin yaradılmasında iştirak edib, həmçinin İŞİD tərəfdə döyüşüblər.