4 İyul 2015 01:24
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək Rusiyadan 2006-cı ilin payızında vətəndaşlarının çıxarılmasına görə Kremldən 70 mln 320 min avro təzminat tələb edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

“Bu müraciət Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən AİHM-in 3 iyul 2014-cü il tarixli qərarı əsasında göndərilib”, deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, kompensasiyanın məbləği Strasburq məhkəməsinin analoji işlər üzrə presedent qərarlarına əsaslanaraq müəyyən edilib.

Bir il əvvəl AİHM-in verdiyi qərara əsasən, Rusiya və Gürcüstan 12 ay ərzində məsələ ilə bağlı qeydlərini hazırlamalı və əldə olunan razılaşma barədə məhkəməni məlumatlandırmalı idi.

Gürcüstanın Ədliyyə Nazirliyi indiyədək məsələ ilə bağlı Rusiya Ədliyyə Nazirliyi tərəfindən heç bir sənəd və ya hər-hansı bir mövqe təqdim olunmayıb.


Müəllif:

Oxşar xəbərlər