4 İyul 2015 10:01
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının qurucusu Culian Assanj Fransadan siyasi sığınacaq istəyi rədd edilib.

Yelisey sarayından verilən açıqlamada Assanjın hüquqi vəziyyətinin araşdırıldığının və sığınacaq istəyinə müsbət cavab verilə bilməyəcəyini deyib.

Açıqlamada Assanj barəsində Avropada axtarış qərarının olduğu bildirilib.

Xatırladaq ki, “WikiLeaks” saytının qurucususığınacaq istəyi ilə Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazıb. Məktub iyulun 3-də – Assanjın doğum günündə Fransanın “Le Monde” nəşrində dərc edilib. “WikiLeaks”ın qurucusu iddia edib ki, Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə təqib edir.


“Yalnız Fransa siyasi təqiblərə qarşı lazımi müdafiəmi təşkil edə bilər. Cənab prezident, həyatım təhlükədədir. Mən yalnız psixoloji deyil, həm də fiziki təhdid altındayam”,- Assanj qeyd edib.

Assanj məktubda ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransa prezidentini dinlədiyini xatırladıb.

Qeyd edək ki, “Wikileaks”ın qurucusu 3 ildir Ekvadorun İngiltərədəki səfirliyində sığınacaq alıb. Assanj “Ərəb Baharı”nın “Wikileaks” saytının sayəsində baş verdiyini iddia edir.

publika.az


Müəllif: