6 İyul 2015 08:51
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi və cənub-qərbi Avropa anormal istilərdən əziyyət çəkir.

Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatıb.

Almaniya rəsmiləri bildirib ki, yüksək temperaturun təsiri ilə bir sıra yolların asfalt-beton örtüyündə çatlar əmələ gəlib.

İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Ekspertlərin fikrincə, istilərə Saxara səhrasından əsən küləklər səbəb olub.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.

/Publika.az/


Müəllif:

Oxşar xəbərlər