26 May 2014 17:12
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada həyatını itirən jurnalistlərin sayı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, iki ilə yaxındır ki, daxili müharibənin hökm sürdüyü Suriyada təkcə mart ayı ərzində 15 jurnalist vəzifəsini yerinə yetirən zaman öldürülüb. Suriyadakı insan haqqlarının müdafiəsi təşkilatının yaydığı açıqlamada qeyd olunub ki, 2011-ci ilin mart ayından bu günə qədər Suriyada 303 jurnalist öldürülüb.

Sənddə qeyd olunub ki, 24 jurnalist Suriyada hökmranlıq edən rejim tərəfdarları tərəfindən nəzarət altına alınıblar, onlardan 11-i edam edilib, digərləri isə müxtəli işgənclərə məruz qalaraq dünyalarını dəyişiblər.

Xüsusi təlim təlim görmüş silahlılar tərəfindən 138 jurnalistin qətlə yetirildiyi bildirilir.

118 media işçisi isə bomba partladılması həlak olub.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızının da Suriyanın Hələb şəhərində atəşə tutulduğu bildirilirdi. Aparıcının ayağından xəsarət aldığı bildirilirdi.


Müəllif: