6 İyul 2015 14:04
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD-ə qarşı genişmiqyaslı hava əməliyyatı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Suriyadakı mövqelərinə qarşı hava hücumları təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu hücumlar bu günə qədər Suriyaya planlaşdırılmış ən genişmiqyaslı hava əməliyyatları olub. Aviazərbələr zamanı 22 terrorçu öldürülüb. Məsələ ilə bağlı Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkil olunan 38 hava hücumundan 18-i İŞİD-in Suriyadakı mərkəzi sayılan Rakka şəhərinə edilib.

Samir


Müəllif: