7 İyul 2015 01:52
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan üçün danışıqlar qapısı açıqdır.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland Almaniya kansleri Anqela Merkellə Yunanıstanla bağlı danışıqların yekunlarını şərh edərkən deyib.

“Yunanıstan üçün danışıqlar qapısı açıqdır. Biz yunan xalqının seçiminə ehtiramla yanaşırıq. Lakin danışıqlar üçün vaxt məhduddur”, F.Olland bildirib.

Onun sözlərinə görə, iyulun 7-də Yunanıstan böhranı ilə əlaqədar avrozona sammiti keçiriləcək.

“Hazırkı məqamda həmrəylik və məsuliyyətlik arasında balansa riayət edilməlidir”, - Fransa prezidenti əlavə edib.


Müəllif: