7 İyul 2015 15:22
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Sina yarımadasında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, döyüşlərdə 63 nəfər həyatını itirib. Havadam təşkil olunan hücumlarda əsasən Qəzza ilə sərhəddə yerləşən Rifah və Şeyx Zuveyt şəhərləri hədəfə alınıb.

Yerli medianın məlumatına görə, hücum zamanı ölənlərin əksəriyyəti dinc sakinlərdir. Bombardman nəticəsində bölgədə bir sıra yaşayış evləri dağıdılıb.

Samir


Müəllif: