Londonda nəqliyyat işçiləri tətil elan ediblər.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, 24 saatlıq tətilə metropoliten işçiləri də qatılıblar. Tətil səbəbindən minlərlə insan dəmiryol vağzallarında gecələməli olub, şəhərdə nəqliyyatın hərəkəti iflic olub.
Tətil iştirakçıları əmək haqqlarının artırılmasını tələb edirlər. Onlar sentyabrın 12-dən sutkalıq iş rejiminə keçildiyini, ancaq bunun əmək haqqlarında əks olunmadığını bildiriblər. Rəsmilər gecə növbəsində işləyən sürücülərin maaşlarını 2 faiz qaldırmağı söz versə də, tətilçilər bununla razılaşmayıb.
Samir