Suriyadakı münaqişə nəticəsində qonşu ölkələrə qaçan insanların sayı dörd milyonu keçib. Ən azı 7,6 milyon nəfər isə Suriya ərazisində köçkün düşüb.
Bu faktlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında yer alıb.
Hazırkı qiymətləndirmələrə görə, BMT QAK qaçqınların sayının 2015-ci ilin sonunadək təxminən 4,27 milyona çatacağını gözləyir.
Məlumatda bildirilir ki, qaçqınların 1.805.255-i Türkiyədə, 249.726-sı İraqda, 629.128-i İordaniyada, 132.375-i Misirdə, 1.172.753-ü isə Livanda sığınacaq tapıb.
Suriyalı qaçqınların durumunun maliyyələşdirilməsi də təxirəsalınmaz problemə çevrilib. BMT QAK-ın qiymətləndirmələrinə əsasən, bütövlükdə 2015-ci il üçün 5,5 milyard dollar məbləğində humanitar və inkişaf üçün yardım tələb olunur.