26 May 2014 23:07
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arktika və Antarktikanın tədqiqatçısı, erməni mənşəli okeanoloq Artur Çilinqarov Rusiyanın «Rosneft» şirkətinin direktorlar şurasına üzvlüyə namizəd kimi irəli sürülüb.

Teleqraf.com bildirir ki, erməni mənşəli okeanoloqun adını siyahıya «Morgan Stenley»nin keçmiş başçısı Jon Mak öz yerinə salıb.

"Rosneft"dən Makın öz namizədliyini geri çəkməsinin səbəbləri izah edilməyib. Amma iş adamına yaxın mənbə bildirib ki, Mak namizədliyini yaşının çox olması ilə bağlı geri götürüb.

Səsvermə iyunun 27-də keçiriləcək.


Müəllif: