Amerika Birləşmiş Ştatlarında hakerlərin 21 milyondan çox insanın mühüm məlumatlarını oğurlaması hadisəsi ilə bağlı Personal İdarəetmə Qurumunun direktoru Ketrin Arçuletanın istefa verib.
Teleqraf.com xarici mediyaa istinadən xəbər verir ki, o, istefa ərizəsini ABŞ prezidenti Barak Obamaya təqdim edib.
Ağ Evdən verilən məlumata görə, Arçuletanın yerinə qurumda direktor müavini vəzifəsində çalışan Bet Kobertə həvalə edilməsi müzakirə olunur.
Xatırladaq ki, iyunun əvvəlində Personal İdarəetmə Qurumundan milyonlarla şəxsin ünvanları, nömrələri, cinayət qeydləri və maliyyə məlumatları oğurlanıb.
Samir