12 İyul 2015 01:08
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda itkin düşən şəxslə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində , 1982-ci il təvəllüdlü Emil Əli oğlu Bədəlovun iyunun 26-da itkin düşməsi faktında əsaslı şübhələr yarandığından Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə araşdırma aparılır.

Qeyd edək ki, E. Bədəlov iyunun 16-da Bakı Dövlət Universitetinin yaxınlığında yoxa çıxıb. Daimi yaşayış yeri Binəqədi rayonu olan E. Bədəlov özünə məxsus “VAZ-2104” markalı maşınla Bakı Dövlət Universiteti yaxınlığındakı kirayə verdiyi mənzilinə baş çəkməyə gedib və geri qayıtmayıb.

Yaxınları bu barədə dərhal polisə məlumat veriblər. Araşdırmalar zamanı itkin düşən şəxsin avtomobili Bakı Dövlət Universitetinin yaxınlığında saz vəziyyətdə aşkarlanıb. Avtomobildən E. Bədəlova məxsus əşyaların götürülmədiyi məlum olub.


Müəllif:

Oxşar xəbərlər