12 İyul 2015 09:58
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Tunisə NATO-dan kənar əsas müttəfiq statusu verib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Barak Obamanın memorandumunda deyilir.

“Bu gün ABŞ administrasiyası elan edib ki, Tunis NATO-ya daxil olmayan ölkələr arasında ABŞ-ın 16-cı əsas müttəfiqi olub” – sənəddə deyilir.

“Biz Tunisə inanırıq və qarşıdakı illərdə onunla stabil tərəfdaş kimi işləyəcəyik” – az öncə prezident Barak Obama bildirmişdi. Bu zaman o, öz qərarını hər hansı şəkildə əsaslandırmamışdı.

NATO-dan kənar əsas müttəfiq statusu ABŞ-ın müttəfiqinə terrorizmə qarşı və müdafiə layihələrində birgə işləmək, birgə təhqiqatlar aparmaq və müdafiə məsələləri ilə bağlı Vaşinqtondan maliyyə köməyi almaq imkan verir. Hazırda Avstraliya, Misir, İsrail, Yaponiya, Cənubi Koreya, İordaniya, Yeni Zelendiya, Argentina, Bəhreyn, Filippin, Tailand, Küveyt, Mərakeş, Pakistan və Əfqanıstan bu statusu daşıyır.


Müəllif:

Oxşar xəbərlər