Türkiyədə HDP-dən olan erməni deputat Qaro Paylan milliyətçi “İdealist ocaqlar” təşkilatının Kars şəhərindəki rəhbəri Tolqa Adıgözələ qarşı məhkəmə iddiası qaldırıb. Musavat.com-un “Gazeta Kars” qəzetinə istinadən verdiyi xəbərə görə, erməni deputat Adıgözəlin onu hədələdiyin iddia edir.
Qəzetin yazdığına görə, Paylan Karsda çalışan 10 vəkilin köməyi ilə Karsın Respublika Prokurorluğuna müraciət edib. İddiada Tolqa Adıgözəlin düşmənçilik yaymaq və xalqa qarşı nifrət yaratmağa görə ittiham olunması tələb edilir.
O da qeyd edilir ki, erməni musiqiçi Tiqran Amasyan Ani şəhərində konsert verdikdən sonra Adıgözəl belə bir ifadə işlədib: “Kars küçələrində erməni ovuna çıxacağıq”.