Xəbər verildiyi kimi, Vyanada keçirilən İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nüvə danışıqlarında gərginlik yaşayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei müzakirələrdə əsəbi davranan xarici işlər naziri Məhəmməd Cavad Zərifln davranışlarından narazılığını bildirib.
Məlumata görə, İranın dini lideri Cavad Zərifə müzakirələrdə səsini yüksəltməməsi barədə xəbərdarlıq edib. Dini lider müzakirələrdə gülümsəməyi və ağlı işlətməyi məsləhət görüb.
Qeyd edək ki, dünyanın aparıcı ölkələrinin oturduqları anlaşma masasında liderlər səslərini qaldırmalı olublar. Gərgin keçən müzakirələr zamanı iştirakçılar arasında mübahisə yaşanıb. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə yüksək səs tonu ilə danışıb.
"Müzakirələrdə heç bir nəticənin əldə olunmaması o deməkdir ki, biz sadəcə vaxt itiririk", - Federika Moqerini iranlı nazirə əsəbiləşib. Cavad Zərif isə avropalı ali nümayəndənin həmin dəqiqə cavabını verib: "Bizi təhdit etmə. Sən bir iranlını əsla təhdit edə bilməzsən".
Eyni gündə Cavad Zərif ilə ABŞ dövlət katibi Con Kerri arasında da “bir səsli döyüş”ün baş verdiyi Kerrinin həmkarına “Binadakı hər kəs bizi eşidir” deyərək xəbərdarlıq etdiyi ortaya çıxıb.