13 İyul 2015 08:56
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Xinhua agentliyi Taylanddan Çinə deportasiya olunmuş 100-dən çox uyğurun cihadçılara qoşulmaq məqsədilə Yaxın Şərqə yollandıqlarını bildirib.

Dövlət televiziyası ilə göstərilmiş kadrlarda uyğurların Çinə hərəsinin başına torba keçirilmiş halda polis əməkdaşlarının müşayiətilə aparıldığı göstərilib.

BMT, ABŞ və hüquq müdafiəsi təşkilatları uyğurların Taylanddan Çinə deportasiyasına etiraz bildiriblər.
Həmin qurum, dövlət və təşkilatlar deportasiya olunduqdan sonra uyğurların Çində işgəncəyə məruz qala biləcəklərindən narahat olduqlarını bildiriblər.

Çoxları hesab edir ki, uyğurlar rəsmilər tərəfindən təqiblərə görə Sinzyn vilayətindən qaçmaq istəyiblər.


Müəllif:

Oxşar xəbərlər