13 İyul 2015 01:34
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda 109 uyğur türkünün başına torba keçirilməsi görüntülərini yayan ABŞ-la Çin arasında qalmaqal yaşanıb.

Teleraf.com-un ANS-ə istinadən məlumatına görə, Çin ABŞ-a etiraz notası göndərib.

Çin Xarici İşlər Nazirliyi uyğurların Tailandda görüntülərin yaydığına görə ABŞ-ı bitərəf olmamaqda günahlandırıb. Səsləndirilən ittihamlara görə Birləşməş Ştatlara etiraz notası verilib. ABŞ isə uyğurların başına torba keçirilməsini insan haqlarının pozulması kimi qiymətləndirib.

Həmçinin Çin polisi 109 uyğur türkünün Yaxın Şərqdəki terrorçu qruplara qoşulmaq niyyətində olduqlarını və bunun üçün Türkiyə ərazisindən istifadə etmək fikirində olduqlarını açıqlayıb.

Polisin iddiasına görə, təhvil verilən uyğurlardan 13 nəfəri əvvəllər Çin ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olublar.

Bir neçə gün əvvəl Tailand hökuməti 16 aydır nəzarətdə saxladığı 109 uyğur türkü nün başlarına torba keçirərək Çin Xalq Respublikasına qaytarıb. Bu barədə məlumatı Dünya Uyğur Şurasının sədr müavini və Şərqi Türküstan dərnəyinin prezidenti Seyid Tümtürk yayıb. Tümtürk, iddialarını əks etdirən foto şəkilləri və videonu da mətbuat nümayəndələri ilə paylaşıb.

Seyid Tümtürk bir qrup Uyğur türkünün 16 ay əvvəl vətənlərində məruz qaldıqları qanununsuzluqlar səbəbindən Tailanda sığındığını, burda isə sərhəddi pozduqları iddiası ilə nəzarətdə saxlanıldıqlarını bildirib. Tümtürk əlavə edib ki, 16 ayın sonunda 109 Uyğur türkü başlarına torba keçirilərək təyyarə ilə Çinə ekstradisiya ediliblər. İddialarını əks etdirən fotoları və videonu mətbuatla paylaşan Tümtürk rəsmi Bankokun Çindən rüşvət aldığını iddia edib:

“Tailanddan Çinə aparılarkən onların başına torba keçirilib. Foto və video görüntülərdən də aydın olur ki, soydaşlarımız təyyarədə Çin xüsusi xidmətinin əməkdaşları tərəfindən 3 nəfərlik oturacaqlara oturdulub. Təəssüf ki, Tailand 3 milyard dollarlıq hədiyyə-rüşvət qarşılığında şərqi türküstanlı soydaşlarımızı 16 aylıq əsarətdən sonra Çinə təslim edib. Baş verənləri pisləyir və soydaşlarımızın həyatı üçün qayğılandığımızı bildiririk.”







Başlarına torba salınan Uyğur türkləri

Xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Bankokun atacağı bu addım səbəbindən Tailandın İstanbul şəhərindəki konsulluğu hücuma məruz qalmışdı.


Müəllif:

Oxşar xəbərlər