13 İyul 2015 12:23
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramına dair Vyanada aparılan danışıqlar bu gün başa çatacaq. Tehran P5+1 adlanan - Qərb ölkələri, Rusiya və Çindən ibarət qrupu danışıqların gedişində əngəllər yasratmaqda ittiham edir. 12 ildir davam edən danışıqların əsas mahiyyəti odur ki, İran nüvə fəaliyyətini azaldır, əvəzində sanksiyalar aradan qalxır. Qərb İrana qarşı silah sanksiyasını aradan qaldırmaq istəmir.

Tehran isə Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın nümayəndələrini nüvə sənayesi obyektlərinə buraxmaq niyyətində deyil.

İranın xarici işlər naziri Məhəmməd Zərif bildirib ki, yaranmış fasiləyə görə məsuliyyət Qərbin üzərinə düşür. O deyib ki, indi Qərb danışıqlarda ifrat kompromislərə nail olmaq istəyir.

İranla aparılan gərgin danışıqlarla bağlı gözləntilərini Teleqraf.com-a danışan siyasi ekspert Araz Aslanlının sözlərinə görə, İranla "altılıq" ölkələri arasında aparılan danışıqlar prosesi çox mürəkkəbdir: "Həm İran, həm ABŞ, həm də digər beş ölkədə məsələ ilə bağlı vahid yanaşma, mövqe yoxdur. Dövlətlərin daxilində də İranla bağlı yekdil rəy yoxdur. Məsələn, ABŞ-da İrana qarşı sanksiyaların uzadılması ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Həm prosesin özü, həm də tərəflər mürəkkəbdir".

Ekspertə görə, İranla bağlı üç gözlənti var: "Birincisi, bütün məqamlar üzrə ümumi razılıq əldə olunur. İkincisi, razılıq əldə olunmadığı üçün danışıqlar növbəti dəfə uzadılır. Üçüncüsü, danışıqlar dayandırılır. Bu variantların hər hansının yüz faiz baş tutma ehtimalı real deyil. Məncə, birinci və ikinci variantlar birləşdirilərək İranla razılıq əldə olunacaq. Yəni, İrana qarşı sanksiyalar mərhələ-mərhələ öz həllini tapacaq. Hissə-hissə razılıq əldə olunur və hissə-hissə sanksiyalar aradan qaldırılır. Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın nümayəndələrinin İranin nüvə sanəyesi müəssisələrinə girişinə qadağa qoyulub. Bu mənada İrana qarşı sanksiyaları tam aradan qaldırmaq mümkün olmayacaq. Danışıqların uzadılması ABŞ və İsrailin maraqlarına ziddir. ABŞ-da respublikaçılar və İsrail tərəfi hesab edir ki, danışıqların uzadılması İrana sərf edir. İran bundan istifadə edib nüvə sənayesini inkişaf etdirir".

Ruslan


Müəllif:

Oxşar xəbərlər