13 İyul 2015 23:35
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan ən azı iyulun 15-dək avrozonada qalacaq. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ-nin Yunanıstana kömək edəcəyi ilə əlaqədar ilkin razılaşmanın əldə olunduğunu bildirib.

Hazırda söhbət yardımın “üçüncü proqramı”ndan – 80 milyard avrodan artıq olan uzun müddətli paketdən gedir. Bundan başqa, Afinaya yaxın günlərdə iflasdan yayınmaq üçün lazım olan 19 milyard avroluq təcili mini-tranş da müzakirə edilir.

Növbəti yardımların əsas əleyhdarı – başlıca kreditor Almaniyadır. Berlinin fikrincə, vəziyyət o qədər ağırlaşıb ki, yeni yardımlar heç nəyi dəyişə bilməz. Almaniya Yunanıstanı müvəqqəti də olsa avrozonadan kənarlaşdırmaq və onun borclarına yenidən baxmaq barədə təklif irəli sürüb.

Berlinin bu təklifi emosional parçalanmaya səbəb olub. Demək olar ki, heç kim belə bir məsuliyyəti üzərinə götürməyə hazır deyil. Məhz bu səbəbdən Yunanıstanın avrozonadan müvəqqəti çıxarılması barədə təklif gündəlikdən çıxarılıb. Bunun əvəzinə kreditorlar məcburi özəlləşdirmə və yeni islahatlar tələb edə bilər.


Müəllif: