13 İyul 2015 22:43
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-Rusiya münasibətlərinin düzəlməsi üçün yaxın günlərdə yeni formatın yaradılması düşünülmür.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün təşkil edilmiş brifinqdə Gürcüstanın Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze deyib.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında Cenevrə və Abaşidze-Karasin formatı iki ölkə üçün kifayətdir. Kereselidze həmçinin Tiflislə Rusiyanın Cenevrə formatında istənilən məsələni müzakirə etmək iqtidarında olduqlarını bildirib. Qeyd edək ki, bundan öncə Gürcüstan Baş nazirinin müavini Kaxi Kaladze Rusiya ilə yeni danışıqlar formatının yaradılması gərəkdiyini bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər