Katolik dünyasının dini lideri Roma Papası Fransiskə qarşı sui-qəsd cəhdi olar bilər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə Boliviya prezidenti Evo Morales çıxış edib.
Dövlət başçısı ölkəsində dərc olunan “La Razon” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Papanın anti-kapitalist və anti-imperialist fikirlərindən xoşlanmayan qüvvələr ona qarşı sui-qəsd təşkil edə bilər.
Morales dünya hökumətlərinin işləri ilə Papa Fransiskin söylədikləri arasında böyük fərqlərin olduğunu deyib. O qeyd edib ki, anti-kapitalistlərin bu vəziyyətə daha çox imkan verəcəyini düşünmür.