15 İyul 2015 10:01
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşımıza qoyduğumuz 4 məqsədə nail olduq”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani nüvə müzakirələrində əldə olunmuş razılığa münasibət bildirərkən deyib. Tehranda mətbuat konfransı keçirən Ruhani bu hədəfləri açıqlayıb: “Bu hədəflərdən birincisi İranın nüvə fəaliyyətlərini davam etdirməsidir. İkincisi sanksiyaların ləğv edilməsi, digərləri qanunsuz olduğuna inandığımız bütün BMT qətnamələrinin ləğvi və BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı qəbul edəcəyi qərardır. Bu danışıqlarda ədalət qalib gəldi. Razılaşma qarşılıqlı hörmət əsasında baş tutdu”.

Ruhani bu müqaviləyə sadiq qalacaqlarını və İranın inkişaf tarixində yeni mərhələnin başlandığını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər