27 May 2014 11:46
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskin Kiyev prospetki rayonunda KAMAZ-ın vurulması nəticəsində 35 nəfər ölüb, 15 nəfər yaralanıb.

Axar.az “censor.net” saytına istinadən xəbər verir ki, bu barədə separatçı Donetsk Respublikasının liderlərindən olan Pavel Qubaryov özünün Feysbuk səhifəsində yazıb.

“Donetsk aeroportundan yaralıları daşıyan “Vostok” batalyonuna məxsus yük maşını RPQ vasitəsilə vurulub. Məlumata görə, 35 nəfər ölüb, 15 nəfər də yaralanıb”, - deyə Qubaryov yazıb.

Qeyd edək ki, Ukraynada separatçıların tərəfində vuruşan "Vostok" batalyonu çeçenlərə məxsusdur.


Müəllif: