İngiltərə kraliçası 2-ci Yelizavetanın 1933-ci ildə nasist salamı verərkən çəkilən görüntüləri gündəmə gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, videoda kraliça İkinci Yelizaveta 7 yaşında ikən ailəsilə birlikdə nasist salamı verir.
İngiltərənin “The Sun” qəzetinin xəbərinə görə, o dövrdə 7 yaşında olan İngiltərə kraliçası ikinci Yelizaveta, bacısı Marqaret, anası Yelizaveta Boves-Lyon və əmisi kral 8-ci Eduard ilə birlikdə olub.
Görüntülər ilə bağlı şərh verən Bakinqham sarayı 82 il əvvəl çəkilən görüntülərin təəssüf doğurduğunu bildirib.
Samir