19 İyul 2015 22:32
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əldə olunan nüvə razılaşmasına baxmayaraq, İranla rəqib qalırıq".

ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Biz rəqib qalırıq və müttəfiq deyilik. İranla ABŞ arasında fikir ayrılıqları var.” – deyə Con Kerri söyləyib.

Bununla belə Kerri İranı nüvə silahına sahib olmaqda məhrum edən müqaviləyə dəstəyini ifadə edib. Dövlət katibi İranla razılaşmanın həm İsrail, həm region, həm də İran üçün təhlükəsiz mühit yaratdığını bildirib.

İran və “Altılıq” ölkələri arasında 14 iyulda razılıq əldə olunub. Danışıqlarda razılığın əldə olunması, tarixi önəm daşıyır. Belə ki, İran uranın müəyyən konsentratdan yuxarı zənginləşdirməsindən əl çəkdiyi və öhdəlikləri yerinə yetirdiyi təqdirdə, ölkəyə qarşı BMT TŞ -nin qüvvədə olan sanksiyalar qətnaməsi yenisi ilə əvəz olunacaq. Yeni qəbul edilən qətnamədə mütəmadi olaraq İrana qarşı məhdudlaşdırıcı siyasətin aradan qaldırılması və sanksiyaların qaldırılması yer alacaq. Bu İran iqtisadiyyatına milyardlarla dollar axın deməkdir.

Lakin danışıqlarda iştrak edən ölkələrdəki, mənbələrin bildirdiyinə görə İran öhdəlikləri etdiyi təqdirdə tərəflər BMT TŞ-nin məhz hansı yolla yeni qətnaməni qəbul edəcəklərini bilmirlər. Bu isə müzakirələrin uzanmasına səbəb olur. Belə ki, BMT TŞ-də prosedura məsələlərinə dair qərarlar 5 daimi üzvdən əlavə (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) daha 4 qeyri daimi üzvün səs verdiyi təqdirdə qəbul olunmuş sayılır.


Müəllif:

Oxşar xəbərlər