İraq təhlükəsizlik gücləri və sünni tayfalar Anbar vilayətinin DEAŞ-dan təmizlənməsi üçün hərbi əməliyyatları genişləndirib və 3 tərəfdən hücuma keçiblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bölgədə DEAŞ terrorçularıyla şiddətli döyüşlər gedir. Digər tərəfdən, İraqın müxtəlif yerlərində təşkil edilən bombalı hücumlarda bir gün içində 32 adam ölüb, 48-i yaralanıb. Bağdadın şimalında bir hərbi məntəqəyə edilən intihar hücumunda 6 təhlükəsizlik işçisi dünyasını dəyişib. Mandalidə bazar yerinə atılan bomba nəticəsində 8 adam ölüb, 16-sı yaralanıb. Zafaraniyada da bombalı hücum zamanı 2 nəfər ölüb.
Bu arada Pentaqon 8 iyulda Suriyanın şimalında təşkil edilən hava hücumunda Əl-Qaidə əlaqəli Xorasan qrupu liderlərindən Muhsin Əl-Fadlinin öldürüldüyünü xəbər verib. Qeyd edək ki, Amerika rəhbərliyi bir çox terror hərəkətinin əmrini verən Əl Fadlinin başına 7 milyon dollar mükafat qoyub
Rüstəm