22 İyul 2015 14:05
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamenti çərşənbə günü borc razılaşmasını möhkəmləndirəcək islahatların ikinci mərhələsi üçün səsvermə keçirəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, əgər deputatlar iqtisadi və hüquqi islahatları qəbul edərsə, Yunanıstan kreditorlardan 86 milyard avro borcu almaq üçün təsir imkanına malik olacaq.

Baş nazir Alexis Tsipras çərşənbə axşamı Syriza partiyasındakı yoldaşlarına deyib ki, yunan xalqı avrozonada qalmağa "ümid bağlayıb".

Bu səsvermənin müxalifət partiyalarının dəstəyini qazanacağı gözlənilir. Çünki, ötən səsvermədə, hakim Syriza partiyasının deputatları, o cümlədən keçmiş maliyyə naziri Yanis Varoufakis borca görə islahatlara getməyin əleyhinə səs verib.

Ötən həftə parlamentdə vergi və təqaüd islahatları səsverməyə qoyulub. Bu həftə isə deputatlar məhkəmə proseslərini sürətləndirəcək mülki müdafiə kodeksini və bankları dəstəkləmək və əmanətçilərin 100.000 avrodan az depozitlərini qorumaq barədə Avropa İttifaqı direktivini qəbul edib-etməməyə səs verəcək.

Sonrakı, təqaüd yaşının azaldılması və kənd təsərrüfatı vergilərinin artımını nərəzdə tutan islahatların taleyi isə avqustda keçiriləcək səsvermədə müəyyənləşəcək.

Bazar ertəsi Yunanıstan bankları üç həftə bağlı qaldıqdan sonra yenidən fəaliyyətə başlayıb.

Bu, Avrozonada günlərlə davam edən müzakirələrdən sonra, Yunanıstana 86 milyard avro borc verilməsi barədə razılıq əldə edildikdən sonra mümkün olub.

Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.

Rüstəm


Müəllif: